Azərbaycan gömrükçülərinin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110,4 kq narkotik vasitənin - heroinin qaçaqmalçılığının qarşısı alınıb.
Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə "yeyinti malları" adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi VOLVO markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və "Belıy" ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə, 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.
Tutulan narkotik vasitənin İrandan İsveçə aparılmasını nəzərə alsaq, həmin heroinin Avropanın "qara bazar"ında dəyəri təxminən 20 milyon manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.