İran vətəndaşının daxili orqanında psixotrop maddə aşkarlanıb

İran vətəndaşının daxili orqanında psixotrop maddə aşkarlanıb Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. 
Hadisə
25 Yanvar , 2018 11:09
İran vətəndaşının daxili orqanında psixotrop maddə aşkarlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili orqanı-düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı psixotrop maddə aşkar olunub.

Qeyd edək ki, aşkar edilən psixotrop maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi