İnəkləri oğurlayaraq dəyərindən 3 dəfə ucuz satan şəxslər tutulublar

İnəkləri oğurlayaraq dəyərindən 3 dəfə ucuz satan şəxslər tutulublar Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb
Hadisə
7 İyun , 2017 13:51
İnəkləri oğurlayaraq dəyərindən 3 dəfə ucuz satan şəxslər tutulublar

Bakı. 7 iyun. REPORT.AZ/ Abşeron rayonunun Novxanı kəndində oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları dəyəri 25 min manatdan çox olan olan 8 baş cins inək oğurlanıb.

Onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət ediblər. 

Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib, Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə ediblər. Məlum olub ki, 3 nəfər naməlum şəxs həmin iri buynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıblar.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib.

İyunun 6-da Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanılaraq RPİ-yə gətiriliblər.

Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən təxminən 3 dəfə ucuz - cəmi 8 min manata satdıqları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi