İmişlidə yol qəzası baş verib, xəsarət alan var - FOTO

Hadisə
  • 30 yanvar, 2020
  • 13:56
İmişlidə yol qəzası baş verib, xəsarət alan var - FOTO

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və VAZ markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Hikmət Məmmədağa oğlu Nağıyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.