İmişlidə iki qardaşın yaralanması ilə nəticələnən yol qəzası baş verib

İmişlidə iki qardaşın yaralanması ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Aprel , 2016 14:05
İmişlidə iki qardaşın yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 20 aprel. REPORT.AZ/ İmişli rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə İmişli şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, rayonun Şirinqum kəndinin sakini, 31 yaşlı Vahid Məhəmməd oğlu Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü və avtomobildə olan qardaşı, 32 yaşlı Xəlil Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi