Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobilin qaçırıldığı barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən pa
Hadisə
11 May , 2024 09:29
Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.

Faktla araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi