Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, yaralı var
Hadisə
- 11 may, 2024
- 03:58
Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Abdullayev Hacıqabul istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:26
İlham Əliyev: Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır
Xarici siyasət11:22
İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edirəm - ƏLAVƏ OLUNUB
Xarici siyasət11:14
Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi - böyük məsuliyyətdir
Xarici siyasət11:14
Babək Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsindən azad edilib
Daxili siyasət11:12
İlham Əliyev: Azərbaycan və Çin arasında yeni əməkdaşlıq səhifəsi açılıb
Xarici siyasət11:11
İlham Əliyev: "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalıdır
Xarici siyasət11:10
MM "Dövlət satınalmaları haqqında" qanun layihəsini qəbul edib
Biznes11:10
İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:09