İmişlidə iki avtomobil toqquşub, 8 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB

İmişlidə iki avtomobil toqquşub, 8 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB Yaralılardan 5 nəfəri qadındır
Hadisə
27 Dekabr , 2016 19:55
İmişlidə iki avtomobil toqquşub, 8 nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB
Report.az

İmişli. 27 dekabr. REPORT.AZ/ İmişlidə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun "Dördyol" adlanan ərazisində qeydə alınıb.

Belə ki, İmişlidə məskunlaşan Füzuli sakini, 58 yaşlı Fərmail Əlheydər oğlu Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli sakini, 34 yaşlı Yengibar Yadigar oğlu Abışovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, “VAZ-2106”da olan Füzuli sakinləri - 53 yaşlı Elmira Adışirin qızı Cəfərova, bacısı, 45 yaşlı Züleyxa Cəfərova, 14 yaşlı Bəsti Elxan qızı Cəfərova, 12 yaşlı Elşad Elxan oğlu Cəfərov, 28 yaşlı Gülnar Cəfər qızı Əliyeva və Dərya Pərviz qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, “VAZ-2106”nın sürücüsünün vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, qalan xəstələr ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi