İmişlidə dönərxanadan oğurluq edən şəxs tutulub

Hadisə
  • 21 dekabr, 2019
  • 13:56
İmişlidə dönərxanadan oğurluq edən şəxs tutulub

İmişli rayonunda dönərxanadan pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki dönərxanaların birindən 1700 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev saxlanılıb.