İmişlidə 8 gün əvvəl avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

İmişlidə 8 gün əvvəl avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb Hadisə yanvarın 27-də qeydə alınıb
Hadisə
3 Fevral , 2017 12:52
İmişlidə 8 gün əvvəl avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakı. 3 fevral. REPORT.AZ/ İmişlidə avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Samit Dəmirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü - Bəhramtəpə qəsəbə sakini Alim Cəfərov tutulub.

Son xəbərlər

Orphus sistemi