İmişli sakini intihar edib - YENİLƏNİB

Hadisə
  • 14 dekabr, 2018
  • 06:19
İmişli sakini intihar edib - YENİLƏNİB

İmişli. 14 dekabr. REPORT.AZ/ İmişli rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Xoşçobanlı kənd sakini, 1985-ci il təvəllüdlü Nihad İltifat oğlu Əhmədov özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimbriqadası cəlb olunub. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib. 


*** 09:21


İmişli. 14 dekabr. REPORT.AZ/ İmişli rayonunda  33 yaşlı kişi intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb. 

İntihar edənin şəxsiyyəti və  səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.