İmişli sakini həmyerlisini bıçaqlayaraq öldürüb

İmişli sakini həmyerlisini bıçaqlayaraq öldürüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Avqust , 2017 12:37
İmişli sakini həmyerlisini bıçaqlayaraq öldürüb

İmişli. 26 avqust. REPORT.AZ/ İmişli rayon sakini həmyerlisini bıçaqlayaraq öldürüb. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə avqustun 25-də şəhər ərazisində baş verib.

Belə ki, İmişli şəhər sakini Əhsən Ağayev aldığı bir neçə bıçaq yarası ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib.  

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Ağayev xəstəxanada ölüb. 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Elçin Süleymanov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi