Bakı. 7 sentaybr.
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Həmidov ifadə verib.
O, dindirilən zaman təqsirləndirilən M.Həmidovun qardaşı olduğunu söyləyib: "Hadisə günü işdə idim. Mənə zəng edib, qəza barədə məlumat verdilər. Xəstəxanaya gedən zaman qardaşım reanimasiya şöbəsində yatırdı. Onun vəziyyəti çox pis idi, danışa bilmirdi. Hüşu özündə deyildi".
Ə.Həmidov qeyd edib ki, qardaşı narkotik istifadəçisi olmayıb: "Malik namaz qılandır".
Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il mart ayında Quba-Qusar yolunun 7-ci kilometrliyində baş verib. Həmin ərazidə Malik Həmidovun "40 BN 070" dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili ilə Ceyhun Allahverdiyevin "10 DU 314" dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub. Quba sakinləri Ruslan Şahmirzəyev və Novruz Vahidli hadisə yerində ölüb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 5 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan üçü ilkin tibbi yarımdan sonra evə buraxılıb. Xəsarətləri ağır olan sürücülər - Malik Həmidov və Ceyhun Allahverdiyev isə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılar xəstəxanadan evə buraxılandan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
C.Allahverdiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.