​Hüquq-mühafizə orqanları Bakıda çörək zavodunun işçiləri arasında baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb

​Hüquq-mühafizə orqanları Bakıda çörək zavodunun işçiləri arasında baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
29 Oktyabr , 2014 17:54
​Hüquq-mühafizə orqanları Bakıda çörək zavodunun işçiləri arasında baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Xətai rayonu ərazisində baş verən qətl hadisəsi ilə bağlı birgə açıqlama yayıb. “Report”un xəbərinə görə, açıqlamada bildirilib ki, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xəzri TN” MMC-yə məxsus çörək zavodunun qarşısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçması və E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunmuş, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi