Heroin satışında təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Heroin satışında təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qalib Rəhimov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
19 İyun , 2019 09:24
Heroin satışında təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qalib Rəhimov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Q.Rəhimov bu ilin aprel ayında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, daxil olan məlumat əsasında rayonun Yeni Suraxanı qəsəbəsində keçirilən əməliyyat zamanı Çaparidze küçəsi 13 ünvanında yaşayan, 1972-ci il təvəllüdlü Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxsin üzərinə baxış keçirilərkən onun gödəkçəsinin cibindən 150,018 qram narkotik maddə hesab edilən heroin aşkar edilib.

Q.RəhimovaCinayətMəcəlləsinin234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və yasatma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi