Sabirabadda həmyerlisini güllələyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Sabirabadda həmyerlisini güllələyən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 9 mart. REPORT.AZ/ Ali Məhkəmədə Sabirabad rayonunda həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
9 Mart , 2019 13:45
Sabirabadda həmyerlisini güllələyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 9 mart. REPORT.AZ/ Ali Məhkəmədə Sabirabad rayonunda həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci ildə Sabirabad rayonunda baş verib. Rayon sakini V.Süleymanov tanışı Davud Fərəcovu tüfənglə güllələyib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisəyə səbəb isə D.Fərəcov Rusiya Federasiyasının Mahaçqala şəhərində həmyerlilərinin yanında V.Süleymanov barəsində xoşagəlməz ifadələr işlətməsi olub. Bundan xəbər tutan V.Süleymanov D.Fərəcovdan qisas almaq məqsədi ilə onu tüfənglə vurub.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Süleymanovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi