Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlanıb

Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlanıb Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlanıb.
Hadisə
21 Sentyabr , 2023 20:13
Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlanıb

Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlanıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

Bundan başqa, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi