Yuxarı
    Bağlamaq

    ​Göyçayda həkim hovuzda boğularaq ölüb

    Hadisə gecə saatlarında baş verib

    Bakı. 9 iyul. REPORT.AZ / Göyçayda həkim su hovuzuna düşərək boğulub.

    "Report"un xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Göyçay şəhər sakini 1961-ci il təvəllüdlü Mehman Məmmədov xəstəxananın həyətindəki su hovuzunda boğularaq ölüb. Rayon Mərkəzi Xəstəxanasında və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən M.Məmmədovun meyiti bu gün səhər saatlarında sudan çıxarılıb. Hazırda meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. 

    Polis və prokurorluğun əməkdaşları hadisə yerindədir.

    Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi