Həbs edilmiş MTN əməkdaşları Bakı İstintaq Təcridxanasına aparılacaq

Həbs edilmiş MTN əməkdaşları Bakı İstintaq Təcridxanasına aparılacaq Onlar Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındadır
Hadisə
20 Oktyabr , 2015 14:33
Həbs edilmiş MTN əməkdaşları Bakı İstintaq Təcridxanasına aparılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Barələrində həbs qətimkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının saxlanıldığı yer məlum olub. “Report”un əldə etdiyi məlumata görə, həbs edilmiş 10-dək MTN-çi hazırda Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındadır.

Onlar bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına aparılacaq.

“Report” MTN-çilər barəsində həbs qətimkan tədbirini seçən hakimin adını da öyrənib. Bu şəxs Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Xatırladaq ki, tutulan 10-dək MTN əməkdaşı barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi