DİM-də 167 hakimliyə namizədin yazılı imtahanı keçirilib

DİM-də 167 hakimliyə namizədin yazılı imtahanı keçirilib Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilir.
Hadisə
22 İyul , 2024 09:05
DİM-də 167 hakimliyə namizədin yazılı imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 167 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib.

Hakimlərin Seçki Komitəsindən "Report"a verilən xəbərə görə, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən həmin binada qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən həmin inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər yoxlanılmaqla yaxın zamanda nəticələr elan olunacaq.

Xatırladaq ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı cari il dekabrın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi