Saatlıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Saatlıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Saatlı. 9 yanvar. REPORT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
9 Yanvar , 2019 22:02
Saatlıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Saatlı. 9 yanvar. REPORT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, iki minik avtomobilin toqquşması Qaranur kəndinin sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Nihat Abbasəli oğlu Əhədov Valeh Heydər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Əhədovun vəziyyəti ağır olduğundan onun Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


*** 21:13

Saatlı. 9 yanvar. REPORT.AZ/ Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Qaranur kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yarlılar təcili tibbi yardım maşınları ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Daha əvvəl Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Son xəbərlər

Orphus sistemi