Saatlıda avtomobil su kanalına aşıb, sürücü ölüb - YENİLƏNİB

Saatlıda avtomobil su kanalına aşıb, sürücü ölüb - YENİLƏNİB Saatlı. 1 yanvar. REPORT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
1 Yanvar , 2019 13:06
Saatlıda avtomobil su kanalına aşıb, sürücü ölüb - YENİLƏNİB

Saatlı. 1 yanvar. REPORT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Nabatkənd kənd sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Ağır bə\dən xəsarətləri alan R.Həsənov su kanlında boğularaq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və xilas edicilər cəlb olunub. Meyit sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 11:38

Saatlı. 1 yanvar. REPORT.AZ/ Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, yüksək sürətlə hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobilini su kanlına aşırıb. 

İlkin məlumatlara görə, hadisə nəticəsində sürücü boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi