Azərbaycanda bir gündə 3 zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda bir gündə 3 zəlzələ olub - YENİLƏNİB Hacıqabul rayonunda zəlzələ olub
Hadisə
8 Fevral , 2021 11:07
Azərbaycanda bir gündə 3 zəlzələ olub - YENİLƏNİB

Şamaxı rayonunda zəlzələ olub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınmışdır.

Zəlzələ hiss olunmayıb.

10.51

Hacıqabul rayonunda daha bir zəlzələ olub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:11-də Qobustan stansiyasından 31 km cənubda Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

10.37

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.9, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

Son xəbərlər

Orphus sistemi