Hacıqabul sakininin evindən sənədləri olmayan tüfəng götürülüb

Hacıqabul sakininin evindən sənədləri olmayan tüfəng götürülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Avqust , 2017 11:57
Hacıqabul sakininin evindən sənədləri olmayan tüfəng götürülüb

Hacıqabul. 14 avqust. REPORT.AZ/ Hacıqabul rayon sakininin evindən sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xiləmirzə kənd sakini Ağanəzər Şirəliyevin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi