Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin
Hadisə
14 Dekabr , 2021 08:48
Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi