Yuxarı

Gürcüstanın baş naziri: “Azərbaycanın GUAM-a gələn ilki sədrliyinin effektiv olacağına əminik”

Gürcüstanın baş naziri: “Azərbaycanın GUAM-a gələn ilki sədrliyinin effektiv olacağına əminik”

“Biz GUAM ölkələri arasında azad ticarət rejiminin reallaşdırılması üçün mümkün olan hər şeyi edəcəyik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Kiyevdə keçirilən GUAM ölkələri hökumət başçılarının sammiti çərçivəsində bildirib.

Onun sözlərinə görə, GUAM çərçivəsində iqtisadi inkişafı gücləndirmək üçün loqistika və nəqliyyat dəhlizlərinin də inkişaf etdirilməsi vacibdir.

G.Qaxaria GUAM-a üzv ölkələrin qarşısında dayanan əsas problemlərə də toxunub: “Ölkələrimiz qarşısında duran əsas problem ərazi bütövlüyüdür. Həmkarlarıma Gürcüstanın ərazi bütövlüyünə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Gürcüstan tərəfi bütün mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olaraq qalır”.

Baş nazir Ukraynanın GUAM-a sədrliyi dövrünün məhsuldar olduğunu deyib: “Əminik ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi də məhsuldar və effektiv olacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi