Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizəd liderlik edir

Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizəd liderlik edir Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılmış iki seçki məntəqəsi üzrə səslər sayılıb.
Hadisə
344
29 Oktyabr , 2018 00:39
Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizəd liderlik edir

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılmış iki seçki məntəqəsi üzrə səslər sayılıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, nəticələrə əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze daha çox səs qazanıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilmiş protokollara əsasən, Bakıdakı 5 saylı seçki məntəqəsində Q.Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib. Altı saylı seçki məntəqəsində isə Q.Vaşadze və S.Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.

Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır.

Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.

Son xəbərlər

Orphus sistemi