Tbilisi. 13 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.
İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.
Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.
Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın
Bundan əvvəl Lənkəran sakini həmkəndlisini bıçaqlayıb.