Gürcüstanda zəncirvari qəza baş verib, 20-dən çox maşın toqquşub - FOTO - VİDEO

Gürcüstanda zəncirvari qəza baş verib, 20-dən çox maşın toqquşub - FOTO - VİDEO Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori rayonunun İqoeti kəndi yaxınlığında mərkəzi avtomagistral yolun üç müxtəlif hissəsində 20-dən çox maşının iştirakı ilə zəncirvari qəza olub.
Hadisə
17 Yanvar , 2019 21:07
Gürcüstanda zəncirvari qəza baş verib, 20-dən çox maşın toqquşub - FOTO - VİDEO
Report

Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori rayonunun İqoeti kəndi yaxınlığında mərkəzi avtomagistral yolun üç müxtəlif hissəsində 20-dən çox maşının iştirakı ilə zəncirvari qəza olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, qəzaya qar yağması və yolun buz bağlaması səbəb olub.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomagistrala texniki duz səpilsə də, sürüşmənin azalması üçün müəyyən vaxt tələb olunur.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza zamanı ciddi xəsarət alanların olmadığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi