Yuxarı
    Bağlamaq

    Güclü yağışın yaratdığı sel Cəlilabadda bir neçə körpünü uçurub, kəndlərlə əlaqə kəsilib - FOTO

    Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb. 

    "Report" xəbər verir ki, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir. 

    Yağışın yaratdığı sel suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb. 

    Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası nəticəsində təhlükə aradan qaldırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi