Güclü qar Göyçay rayonunun bir hissəsini işıqsız qoyub

Güclü qar Göyçay rayonunun bir hissəsini işıqsız qoyub Ötən gün axşam saatlarında güclənən qar bir neçə kənddə elektrik və rabitə xəttlərini qıraraq sıradan çıxarıb, dirəklər aşıb
Hadisə
2 Yanvar , 2016 14:04
Güclü qar Göyçay rayonunun bir hissəsini işıqsız qoyub

Bakı. 2 yanvar. REPORT.AZ/ Artıq iki gündür Göyçay rayonuna fasiləsiz yağan güclü qar bir sıra fəsadlar törədib. 

"Report"un xəbərinə görə, ötən gün axşam saatlarında güclənən qar bir neçə kənddə elektrik və rabitə xəttlərini qıraraq sıradan çıxarıb, dirəklər aşıb. Eyni zamanda, bəzi kənd yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda rayonun bütün kəndlərində briqadalar çalışır. Rayon mərkəzinin bir hissəsi elektrik enerjisi ilə təmin olunub. Digər ərazilərdə işlər gedir.

Rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, Qarayazı, Qarabaqqal, Bığır, Çayarxı, Ləkçıplaq, Alpout, Mırtı, Mirzəhüseynli və Ərəb kəndlərində elektrik naqilləri qırılıb. Bununla yanaşı, rayonda bir neçə evin damı, istixanalar qarın ağırlığına tab gətirməyərək çöküb.

Qeyd edək ki, qarın yağması hələ də davam edir. Göyçay ərazisində qarın hündürlüyü 20 sm, dağlıq və dağətəyi kənd və ərazilərdə 25-30 sm-dir.

Son xəbərlər

Orphus sistemi