Güclü külək Xaçmazda fəsadlar törədib, onlarla kənd işıqsız qalıb
Hadisə
- 13 iyun, 2025
- 14:37
Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib, onlarla kənd işıqsız qalıb.
"Report"un Şimal bürosunun məlumatına görə, ötən gecədən başlayaraq əsən güclü külək Xaçmaz rayonunun yaşayış məntəqələrinin elektrik enerjisi və internet təchizatında problemə səbəb olub.
Ümumilikdə rayonun Əhmədoba, Qaracəlli, İstisu, Nabran, Qusarçay, Dədəli, Xaspoladoba və digər 50-dən artıq kəndinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Güclü küləyin təsiri ilə sözügedən ərazilərdə irigövdəli ağacların elektrik və internet xətlərinin üstünə aşması nəticəsində sakinlər işıqsız və internetsiz qalıblar.
Hazırda rayonun elektrik şəbəkəsinin canlı qüvvəsi və texnikaları fəsadların aradan qaldırılmasına cəlb olunub. Bu istiqamətdə işlər davam etdirilir.
Son xəbərlər
14:55
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda təmsil olunur
Mədəniyyət siyasəti14:49
Uitkoff və Kuşner Zelenski ilə danışıqlar aparmaq üçün Berlinə səfər ediblər
Digər ölkələr14:45
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Fərdi14:29
Berlin polisi iğtişaşlarla əlaqədar 18 nəfəri saxlayıb
Digər ölkələr14:20
Foto
Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib
Fərdi13:59
Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
Digər ölkələr13:52
Video
Sidneydə hücumçulardan biri yerli sakin tərəfindən tərk-silah edilib
Digər ölkələr13:49
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi13:35