Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var Göygöl rayonu ərzisində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
26 Noyabr , 2021 23:50
Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var
0 : 00
0 : 00

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un məlumatına görə, rayon ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə 1983-cü il təvəllüdlü Asiman Səmədov və daha bir nəfər xəsarət alıb.

A.Səmədovun xəsarəti daha ciddi olduğundan xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

23:03

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi