Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
6 Mart , 2017 12:30
Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 6 mart. REPORT.AZ/ Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə martın 4-də saat 20 radələrində rayonun Quşqara kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Məzahir Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən Gədəbəy rayon sakini Bəylər Haqverdiyevi vurub. Nəticədə B.Haqverdiyev hadisə yerində ölüb.  

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi