Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var 

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var  Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
21 oktyabr 2023 13:45
Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var 

Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "UAZ" markalı avtomobillər toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobilin sürücüsü - 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "VAZ" markalı avtomobil taksi kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi