Göygöldə 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Göygöldə 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Noyabr , 2017 19:59
Göygöldə 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Göygöl. 8 noyabr. REPORT.AZ/ Göygöl rayonunda 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Şöhrət Məhərrəm oğlu Məmmədov sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Ş.Məmmədovun hansı səbəblərdən sirkə turşusu içərək özünü zəhərləməsi hələlik məlum deyil.

Yaxınları onun əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi