Göygöl sakininin minaya düşməsilə bağlı rəsmi açıqlama

Göygöl sakininin minaya düşməsilə bağlı rəsmi açıqlama Göygöl Rayon Prokurorluğu açıqlama yayıb.
Hadisə
15 İyul , 2021 11:30
Göygöl sakininin minaya düşməsilə bağlı rəsmi açıqlama
0 : 00
0 : 00

Göygöl Rayon Prokurorluğu vətəndaşın minaya düşməsilə bağlı açıqlama yayıb.

"Report"a daxil olan rəsmi məlumatda deyilir:

"İyulun 14-də, saat 21.00 radələrində 1 nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir".

Son xəbərlər

Orphus sistemi