​Göyçayda yasa gələn insanlar qəzaya düşüblər - FOTO

​Göyçayda yasa gələn insanlar qəzaya düşüblər - FOTO Minik maşını yoldan çıxaraq su kanalına düşüb
Hadisə
150
6 İyul , 2015 23:34
​Göyçayda yasa gələn insanlar qəzaya düşüblər - FOTO

Bakı. 6 İyul. REPORT.AZ/ Göyçayda yas mərasiminə gələnlər qəzaya düşüb.

"Report"un xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 200 km-də, rayonun Qarayazı kəndi ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan Kəlbəcər rayon sakini 1977-ci il təvəllüdlü Abdinov İsa Abdin oğlunun idarə etdiyi minik maşını yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini Sumqayıt şəhər sakini 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu müxtəlif dərəcəli bədən xasarəti alıb. Xəstələr dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi