Göyçayda keçmiş məhkumdan metamfetamin və heroin götürülüb

Göyçayda keçmiş məhkumdan metamfetamin və heroin götürülüb Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.
Hadisə
1031
17 İyul , 2021 14:48
Göyçayda keçmiş məhkumdan metamfetamin və heroin götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Qəndəliyevin üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə- metamfetamin ( patı ) və heroin aşkarlanıb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi