Göyçayda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Göyçayda avtomobil aşıb, xəsarət alanlar var - FOTO Göyçay rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə
29 İyul , 2019 12:10
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Göyçay rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 188-ci kilometrliyində, rayonun Yekəxana kənd ərazisində baş verib.

Bakı istiqamətində hərəkət edən minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi