Göyçayda 7 otaqlı fərdi yaşayış evində yanğın olub
Hadisə
- 22 oktyabr, 2024
- 21:37
Göyçayda 7 otaqdan ibarət ikimərtəbəli evdə yanğın olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Zakir Nəcəfov küçəsində, 62 yaşlı Rövşən Fərrux oğlu Əhmədova məxsus olan fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 384 kvadratmetr olan evin ikinci mərtəbəsində 192 kvadratmetr sahəni əhatə edən 3 otaq və dam örtüyü yanar konstruksiyaları ilə birlikdə alışıb.
Hadisə yerinə FHN-in Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb, evin birinci mərtəbəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə edilib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:36
Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib
Hadisə19:29
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
Futbol19:26
Foto
Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Maliyyə19:19
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb
Region19:18
Foto
Şirin Mixaeli: Dağ yəhudiləri İsraildə hər zaman Azərbaycanın maraqlarını dəstəkləyəcəklər
Xarici siyasət19:00
Foto
"Ölümcül Miras" sənədli filminin ilk qapalı nümayişi baş tutub
Mədəniyyət18:55
Camal Feyziyev: "Sevindirici haldır ki, doğma məkanda qalib gələrək çempion oldum"
Fərdi18:54
"Ölümcül Miras" filminin rejissoru: Mina təhlükəsi barədə məlumatlı deyildim
Mədəniyyət18:49