Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Goranboy rayonunda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
Hadisə
29 Noyabr , 2023 09:50
Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Goranboy rayonunda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Məmləkət Əhəd qızı Cəfərovaya məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.

Nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.

Son xəbərlər

Orphus sistemi