Goranboyda qurumuş nəhəng ağac sakinlərin həyatına təhlükə yaradır
Hadisə
- 18 noyabr, 2023
- 22:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy rayonunun Boluslu kəndində qurumuş nəhəng Qovaq ağacının iri budağı qırılaraq yola düşüb.
“Report”un Qərb bürosunun məlumatına görə, təxminən 70 il öncə əkilmiş ağac quruyub və hər an aşaraq yaxınlıqda olan orta məktəbə və insanlara ciddi zərər vura bilər.
Sakinlər bildirib ki, ağacın olduğu küçədə həmçinin poçt binası və tibb məntəqəsi də fəaliyyət göstərir. Bu da təhlükəli sayılan ağacın yaxınlığından keçən insanların çox olması anlamı daşıyır.
Kənd sakinləri aidiyyəti qurumlardan ciddi bir fəsadlar olmadan tədbir görülməsini istəyiblər.
Qeyd edək ki, iri gövdəli budağın sınaraq yola düşməsi nəticəsində xoşbəxtlikdən zərər çəkən olmayıb.
Son xəbərlər
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə
19:46
Foto
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Mədəniyyət siyasəti