Goranboyda məktəblilər arasında kütləvi dava olub, xəsarət alanlar var

Goranboyda məktəblilər arasında kütləvi dava olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
5 İyun , 2017 18:09
Goranboyda məktəblilər arasında kütləvi dava olub, xəsarət alanlar var

Goranboy. 5 iyun. REPORT.AZ/ Goranboy rayonunda məktəblilər arasında kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib. 

Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.

Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin veridyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Məktəblilər arasında düşən davanın səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi