Goranboyda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Hadisə
  • 07 noyabr, 2023
  • 10:44
Goranboyda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Goranboyda avtomobil qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1976-cı il təvəllüdlü Ruhiyə Allahverdiyeva aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı 1989-cu il təvəllüdlü Rafiq Rzayevin müalicəsi davam edir.

Qeyd edək ki, avtoqəzada daha 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

11.37

Goranboy rayon Veyisli kəndində 2 minik avtomobili toqquşub xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Rafiq Rzayev və daha 3 nəfər xəsarət alıb.

Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.