Goranboyda avtomobil marketin hasarına çırpılıb, ölən və xəsarət alan var
Hadisə
- 01 may, 2026
- 01:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboyda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Belə ki, Goranboyunn Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil marketin dəmir hasarına çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır xəsarətlər alıb.
Yaralı Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:46
Sahil Babayev:"2027-ci ilin büdcə zərfində sosial islahatlar üçün ehtiyat vəsait nəzərdə tutulub"
Maliyyə
14:42
Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
Analitika
14:38
Demokratlar ABŞ Nümayəndələr Palatasında 260-a yaxın yer qazana bilərlər
Digər ölkələr
14:35
ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb
Digər ölkələr
14:33
Maliyyə naziri: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
Maliyyə
14:32
Azərbaycanda gələn il iqtisadi fəaliyyət xərcləri ən yüksək paya malik olacaq
Maliyyə
14:29
Video
Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib
Futbol
14:23
Foto
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub
Mədəniyyət siyasəti
14:21
Cəlilabadda 6 kəndin işığı kəsilib
Energetika