Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaradıb

Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaradıb Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Hadisə
19 Mart , 2024 19:26
Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaradıb

Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, güclü yağışdan sonra yaranan problemlər avtomobillərin hərəkəti ilə yanaşı, həmçinin nəqliyyat vasitələrinə texniki ziyan da vurub.

Nəticədə avtomobillərdə nasazlıq yaranıb və yolda qalıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi