Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Noyabr , 2016 10:33
Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Oka” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54 040 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi