Gömrükçülər narkotik aparan Belarus vətəndaşını saxlayıb

Gömrükçülər narkotik aparan Belarus vətəndaşını saxlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Avqust , 2016 11:19
Gömrükçülər narkotik aparan Belarus vətəndaşını saxlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan gələn, Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə Belarusa getmək istəyən Belarus vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yük sənədlərinə əsasən, “mərmər” yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib. Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi göstərilmiş yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1 985,0 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi