Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaret aşkar edib

Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaret aşkar edib DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 9 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb
Hadisə
143
25 May , 2021 14:34
Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaret aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 9 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda "SCANİA", "Ford Cargo", dörd ədəd "Mercedez Benz" və üç ədəd "DAF", markalı yük nəqliyyat vasitələri saxlanılıb. Sorğu-sual zamanı yük nəqliyyat vasitələrinin sürücüləri idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 20 800 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi